Bellingem "Dortmund"da transfer olacaq
"Borussiya Dortmund" "Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingemi heyətinə qatmağa yaxındır.
Sportline.az jurnalist Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, Bellingem üçün "Dortmund" 30 milyon avro ödəyəcək.
19 yaşlı yarımmüdafiəçinin "Sanderlend"lə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Bellingem ötən mövsüm çıxış etdiyi 43 matçda 4 qol 3 məhsuldar ötürmə müəllifi olub.