Bellingem “Dortmund”da transfer olmağa yaxındır
"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqem çox güman ki, karyerasını Almaniyada davam etdirəcək.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, futbolçu Dortmund “Borussiya”sına keçməyə qərar verib.
Qeyd olunur ki, 19 yaşlı ingilis artıq müvafiq seçimi edib və onunla maraqlanan "Ayntraxt"ı xəbərdar edib.
"Borussiya" və "Sanderlend" arasında müzakirələrin tezliklə başlayacağı gözlənilir. Bellinqemin təxmini transfer qiyməti 30 milyon avrodur.
"Sanderlend" Bellinqemi 2023-cü ilin yayında “Birminqem”dən 1,8 milyon avroya alıb. Bu mövsüm o, 43 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.