Bellingem "Real"ın tarixinə düşdü

"Real"ın futbolçusu Cud Bellingem UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk üç oyununun hər birində qol vurmaqla diqqət çəkib.

Sportline.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi bununla klubun tarixində eyni nəticəyə imza atan ikinci futbolçu olub.

Ondan əvvəl Kristian Karambö bu uğura sevinmişdi.

Qeyd edək ki, Bellingem Çempionlar Liqasının qrup mərhələsində "Braga"nın qapısına vurduğu qolla ardıcıl 3-cü oyunda rəqib qapısına yol tapıb.