Bellingem Ronaldunun rekordunu qırdı

Madrid "Real"ının yarımmüdafiəçisi Cud Bellingem Ispaniya La Liqasının 14-cü turunda diqqəti yenidən özünə cəlb edib.

Sportline.az xəbər verir ki, onun "Kadis"lə oyunda (3:0) vurduğu qol kral klubunun tarixinə düşüb.

ESPN-nin hesablamasına görə, 20 yaşlı futbolçu klub tarixində ilk 15 matçda 14 qol vurmağı bacaran ilk oyunçu olub.

İngiltərəli futbolçu bununla Kriştiano Ronaldo və əfsanəvi Alfredo Di Stefanonun rekordlarını qırıb.

Qeyd edək ki, Bellingem bu mövsüm UEFA Çempionlar Liqasında 3, La Liqada isə 11 qol vurub.