Bellingem Zidanın yolunu getmək istəyir

Cud Bellingem "Real"da nömrə seçimini edib.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, ingiltərəli futbolçu Madrid klubunda vaxtilə Zinəddin Zidanın geyindiyi 5 nömrəli formaya üstünlük verib.

Ötən il bu nömrə ilə oynayan Xesus Valyexo isə 24 nömrəli formanı geyinməli olacaq. 

Qeyd edək ki, 19 yaşlı futbolçu Dortmund "Borussiya"sından "Real"a 103 milyon avroya transfer olunub.