Bellingem "Real"da gülməli duruma düşür
Bu mövsüm “Espanyol”dan "Real"a transfer olunan Xoselu komanda yoldaşı Cud Bellingem haqqında müsbət və mənfi rəy bildirib.
Sportline.az Relovo nəşrinə istinadla xəbər verir ki, Xoselu jurnalistlərlə görüşü zamanı “Bellingem soyunub - geyinmə otağında, stadionda çox ciddi xarakterə sahibdir. Amma kənarda bir o qədər qeyri-ciddi vəziyyətə düşür.
Xüsusən də İspan dilini çox gülməli danışır. Buna görə də onu ciddiyə almaq çətinləşir. Cud Bellingem “Real Madrid”in yeni Kriştianu Ronaldusudur”, -deyib.
Qeyd edək ki, Cud Bellingem “Real Madrid” forması ilə çıxdığı 8 oyunda 7 qol , 2 asistlə yadda qalıb.