"Benfika" bu futbolçuya görə 80 milyon avro tələb edir
"Benfika" portuqaliyalı stoperi Tomas Arauxonun sərbəst qalma məbləğini açıqlayıb.
Sportline.az "Anfiled Watch" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubu T.Arauxo üçün 80 milyon avro tələb edir.
"Liverpul", "Mançester Yunayted", "Çelsi" və "Paris Sen-Jermen" 23 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, Tomas Arauxo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 1 qol 3 məhsuldar ötürmə müəllifi olub.