"Benfika" ulduz futbolçusu ilə vidalaşır

"Benfika" argentinalı futbolçusu Anxel Di Mariya ilə yollarını ayırmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda "Record Portugal" nəşri məlumat yayıb.

Portuqaliya klubu A.Di Mariya ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, 37 yaşlı futbolçu klubdan azad agent kimi ayrılacaq.