Benzema bunu bacaran 4-cü oyunçudur
“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında yeni uğura imza atıb.
Sportline.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna 1/4 finalda “Çelsi”yə 3:1 hesabı ilə qalib gəldikləri oyunda het-trik edərək nail olub.
Fransalı forvard qitənin bir nömrəli klub turnirində ardıcıl iki matçda 3 qol vuran 4-cü oyunçudur. Daha əvvəl 2014-cü ildə Luis Adriano, 2016-cı ildə Lionel Messi, 2017-ci ildə isə Kriştiano Ronaldo bunu bacarıb.
Benzema Çempionlar Liqasında “Çelsi”yə qarşı het-trik edən ilk oyunçu kimi də tarixə düşüb.