Benzema Fransanın nazirini məhkəməyə verəcək
"Əl-İttihad"ın ulduz futbolçusu Kərim Benzema Fələstinə dəstək nümayişinə görə qalmaqal yaşamaqdadır.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Fransa Daxili İşlər Naziri Gerald Darmanin onu hətta terror təşkilatı hesab olunan ''Müsəlman qardaşlar'' cəmiyyəti ilə əlaqdə suçlayıb.
Fransız senatoru Buyer isə sosial şəbəkə hesabından Fələstinə dəstək verdiyini açıqlayan Karim Benzemanın sözügedən əlaqələrinin təsdiqlənəcəyi halda Fransa vətəndaşlığından məhrum edilməsini və “Qızıl Top” mükafatının geri alınmasını tələb edib.
Qeyd edək ki, Kərim Benzama isə hər iki dövlət adamını məhkəməyə verməyə hazırlaşır