Benzema mövsümün oyunçusu seçilib
Karim Benzema Səudiyyə Ərəbistanı Liqasında "Mövsümün Oyunçusu" seçildi.
Sportline xəbər verir ki, fransalı hücumçu "Al İttihad" klubunda mövsüm boyunca göstərdiyi möhtəşəm performansla bu mükafata layiq görülüb.
Benzema Səudiyyə Ərəbistanı çempionatında çoxsaylı vacib qol və asistlərə imza atıb, həmçinin komandasını çempion etməkdə böyük rol oynayıb.
"Al İttihad" ilə qazandığı Pro Liqa titulunun ardından Benzema - bu mövsümdəki güclü çıxışı ilə özünə olan etimadı bir daha doğrultdu.
Qeyd edək ki, Benzema bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 23 qol 9 asistlə yadda qalıb.