Benzema mövzusuna son qoyuldu
Kərim Benzema karyerasını "Real"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, fransalı futbolçu madridlilərlə yeni müqavilə imzalayıb.
Razılaşmaya əsasən o, daha bir il "Real"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Benzema bu mövsüm meydana çıxdığı 35 oyunda 26 qol və 6 məhsuldar ötürmə müəllifidir.