"Benzema "qızıl top" üçün çox şey edib"

İtaliya millisinin sabiq kapitanı Fabio Kannavaro “qızıl top”a namizədlər arasında favoritini açıqlayıb.

Sportline.az xəbər verir ki, dünya çempionu Fransa millisinin hücumçusu Kərim Benzema haqda bu cür danışıb:

​“Benzema bu titulu qazanmaq üçün çox şey edib. Messi, Levandovski, Jorjinyo da var. Hansı ki, Avropa çempionatı və Çempionlar Liqasını qazanıb. Ancaq Benzema daha layiqli görünür”.