Benzema "Real"la bağlı qərar verdi
Kərim Benzema “Real”la bağlı qərara gəlib.
Sportline.az Marca qəzetinə istinadla xəbər verir ki, fransalı hücumçu gələn mövsümdə də kral klubunun şərəfini qoruyacaq.
“Real Madrid” klubu ənənəsinə sadiq qalaraq, "Qızıl top" qazanan hər futbolçunun müqaviləsini ən azı 1 il daha yeniləyir.
Qeyd edək ki, Kərim Benzema bu mövsüm La Liqada çıxdığı 18 oyunda 14 qol, 3 məhsuldar ötürmə müəllifidir.