Benzemadan şad xəbər: El-Klasikoda oynayacaq

Çempionlar Liqasında 1/8 finalın cavab oyununda "Liverpul"la görüşdə zədələnən Kərim Benzema ilə bağlı xəbər var.

Sportline.az xəbər verir ki, fransalı futbolçu La Liqada keçiriləcək 26-cı turun El-Klasikosunda çıxış edəcək.

"Real" klubunun verdiyi açıqlamada Benzemanın "Barselona" ilə matça qədər hazır olacağı vurğulanıb.

Qeyd edək ki, "Real" martın 20-də saat 00:00-da "Barselona"nın qonağı olacaq.