Bernardo Silva seçim etməlidir

"Mançester Siti"dən azad agent kimi ayrılan Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Barselona" və "Atletiko Madrid" portuqaliyalı oyunçunu heyətinə qatmaq üçün yarışa girib.

Bu haqda "Times Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, B.Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir. 

O, bu mövsüm meydana çıxdığı 53 matçda 3 qol, 5 asistlə yadda qalıb.