Bernardonun "Atletiko"ya keçidi gündəmdədir
"Mançester Siti"dən azad agent kimi ayrılan Bernardo Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
31 yaşlı futbolçu ilə "Atletiko" yaxından maraqlanır.
Qeyd edək ki, B.Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.