"Beşiktaş" argentinalı ulduzun transferinə hazırlaşır
"Beşiktaş" yeni mövsümün hazırlıqlarına başlayıb.
Sportline.az xıbır verir ki, klub rəhbərliyi növbəti sezonda daha iddialı heyət qurmaq niyyətindədir.
İstanbulluların gücləndirmək istədiyi mövqelərdən biri də müdafiədir.
"Qara qartallar" bu niyyətlə Fransaya üz tutublar.
Söhbət "Lion"un argentinalı ulduzu Nikolas Taqliafikodan gedir.
Klub rəhbərliyi sol cinah müdafiəçisinin keçidi üçün nəzərdə tutulan 7 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, təcrübəli futbolçu cari mövsümdə keçirdiyi 33 oyunda 3 qol, 2 asist müəllifidir.