"Beşiktaş" belə məğlub oldu

Türkiyə Super Liqasında IV turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, ötən gün "Qazişəhər”in qonağı olan "Beşiktaş” 2:3 hesabı ilə uduzub.

"Qazişəhər"in qollarını Güray Vural, Raman Çibsah və Patrik Tvumasi, "Beşiktaş"ın qollarını Umut Nayir və Atiba vurub.

Meydan sahiblərindən Olarenvayu Kayode, qonaqlardan isə Domaqoy Vida və Məhəmməd Elneni meydandan qovulub.

Qeyd edək ki, "Qazişəhər" 4 turdan sonra 7 xalla 6-cı, "Beşiktaş" 4 xalla 11-ci pillədə qərarşalıb.