"Beşiktaş" belə məğlub oldu
“Beşiktaş” ilk yoxlama görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, “Əfsanələr yurdu” adlanan qeyri-rəsmi kubok turnirinin yarımfinalında rəqib “Sivasspor” olub.
Çempionlar Liqasında PAOK-a uduzan İstanbul klubu qələbə azarkeşlərini sevindirmək niyyətində idi. İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Beşiktaş” fasiləyədək qırmızı vərəqə ilə cəzalandırılıb. Doğukan Toköz oyundan kənarlaşdırılıb. Azlıqda qalan komanda ilk hissədə qapısını toxunulmaz saxlayıb.
İkinci yarıda hücumlarını daha da gücləndirən “Sivasspor” son dəqiqələrdə istəyinə çatıb. Mustafa Yatabare fərqlənib. “Sivasspor” minimal hesabla məğlub olub.