"Beşiktaş" çempionluq mübarizəsindən əl çəkmədi

Türkiyə çempionatında 32-ci tur son görüşündə "Beşiktaş" "Alanyaspor"la qarşılaşıb

Sportline.az xəbər verir ki, Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində 2 qol vurulub.

Hesabı “Beşiktaş” açıb. 11-ci dəqiqədə meydan sahiblərindən Adem Lyayiç topu “Alanyaspor”un qapısından keçirib. Ruhdan düşməyən qonaqlar fasiləyədək tarazlığı bərpa ediblər. 44-cü dəqiqədə İstanbul klubunun heyətində Canər Erkinə dəyən top “Beşiktaş”ın qapısından keçib - 1:1.

İkinci hissədə yalnız 1 qol vurulub. “Ağ-qaralar”ın portuqaliyalı futbolçusu Rikardo Kuarejmanın dəqiq zərbəsi komandasına qələbə qazandırıb. 2:1 hesabı ilə qalib gələn “Beşiktaş” 62 xalla yarış cədvəlində ilk üçlüyü tamamlayır. “Alanyaspor” isə 7-cidir. “Qalatasaray” 66 xalla liderdir. Eyni xala malik “Başakşəhər” isə 2-ci yerdərir.