“Beşiktaş” çexiyalı futbolçuya göz dikib
“Reyncers”dən ayrılan çexiyalı futbolçu Vaslav Çerni “Beşiktaş”ın transfer hədəfinə çevrilib.
Sportline.az “Türkiye” qəzetinə istinadən xəbər verir ki, “Beşiktaş” V.Çernini azad agent kimi heyətinə qatacaq.
27 yaşlı vinger bu mövsüm çıxış etdiyi 52 matçda 18 qol 9 asistlə yadda qalıb.
Qeyd edək ki, Çerninin hazırkı dəyəri “Transfermarkt” portalına görə, 9 milyon avro olaraq qiymətləndirilir.