"Beşiktaş" - "Fənərbaxça"
Türkiyə kubokunda 1/4 finalın daha bir iştirakçısı bəlli olub. SportLine.az xəbər verir ki, "Beşiktaş"ın qonağı olan "Fənərbaxça" minimal hesablı qələbə ilə adını növbəti mərhələyə yazdırıb. 42-ci dəqiqədən azlıqda qalan "Qara qartal"ı 72-ci dəqiqədə Robin van Persi cəzalandırıb.