“Beşiktaş” fransız forvardla maraqlanır
“Lion”dan azad agent kimi ayrılan fransalı hücumçu Aleksander Lakazett karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az “Ntvsport.net”ə istinadən xəbər verir ki, “Beşiktaş” Lakazetti transfer etmək üçün hərəkətə keçib.
33 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 19 qol 3 asistlə yadda qalıb.
Qeyd edək ki, Lakazett karyerası ərzində daha əvvəl 2017-2022-ci illər ərzində “Arsenal”da çıxış edib.