"Beşiktaş" məşhur futbolçunun transferini rəsmiləşdirdi

"Beşiktaş" klubu "Trabzsonspor"un forvardı Burak Yılmazı heyətə qatıb. 

Sportline.az xəbər verir ki, 33 yaşlı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.

Təcrübəli futbolçu artıq yeni komandası ilə məşqə də çıxıb. "Beşiktaş" sabiq hücumçusuna görə, "Trabzonspor"a 1 milyon avro ödəyib. Burak Yılmazın isə, İstanbul klubunda illik 2.5 milyon avro qazanacağı bildirilir. 

Qeyd edək ki, təcrübəli futbolçu,  2006-2008 ci illərdə “Beşiktaş”ın şərəfini qoruyub.