"Beşiktaş" italiyalı ulduz üçün hərəkətə keçib
"Beşiktaş" gələn mövsüm azarkeşlərini sevindirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, Qaradənizlilər bu məqsədlə heyəti gücləndirməyi planlaşdırırlar.
Klubun transfer siyahısında olan futbolçulardan biri də Davide Kalabriyadır.
Gələn ay "Milan"la müqaviləsinin müddəti bitəcək sağ cinah müdafiəçisi ilə danışıqlara başlandığı bildirilir.
Qeyd edək ki, Davide son mövsümü icarə əsasında "Bolonya"da keçirib.