"Beşiktaş" səfərdə 3 xal qazandı

Türkiyə Super Liqasında 18-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Favoritlərdən "Beşiktaş" səfərdə "Akhisar"la qarşılaşıb. Görüş "qara qartal"ın qələbəsi ilə yekunlaşıb - 3:1.

Bu nəticə ilə xal ehtiyatını 29-a çatdıran "Beşiktaş" 2-6-cı yerləri bölüşür. "Akhisar" 17 xalla 15-cidir.

Standings provided by Sofascore LiveScore