"Beşiktaş" ukraynalı futbolçu ilə razılığa gəldi

"Beşiktaş" klubu daha bir futbolçununun keçidini həll etməyə yaxındır.

SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Zarya”nın müdafiəçisi Eduard Sobolla razılığa gəlib.

21 yaşlı müdafiəçinin keçidi üçün onun müqavilə ilə məxsus olduğu  Donetsk “Şaxtyor”u ilə də bütün məsələlər müzakirə edilib. 

Qeyd edək ki, Ukrayna millisinin üzvü "Beşiktaş"da icarə əsasında çıxış edəcək.