"Beşiktaş" ulduz futbolçunun transferinə hazırlaşır
Gələn mövsüm çempionluğu hədəfləyən "Beşiktaş" heyəti gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi əsas diqqəti hücum xəttinə yönəldəcək.
Bu məqsədlə skautları işə salan "Qara qartal" yenidən İtaliyaya üz tutub.
Söhbət "Milan"ın "Roma"dan icarəyə götürdüyü Temmi Abrahamdan gedir.
Klub rəhbərliyi 27 yaşlı hücumçunun transferi üçün hərəkətə keçib. İstanbullular "Roma" ilə 2027-ci ilədək müqaviləsi olan futbolçunu yay transfer dönəmində heyətə qatmağı planlaşdırırlar.
Qeyd edək ki, Abraham bu mövsüm "Milan"ın forması ilə 10 qol, 5 asist müəllifi olub.