“Beşiktaş” Vesliy üçün hərəkətə keçib
"Əl-Nəsr"in brazilyalı futbolçusu Vesliy "Beşiktaş"ın transfer radarına düşüb.
Sportline.az jurnalist Ertan Süzgünün məlumatına istinadən xəbər verir ki, İstanbul klubu Vesliy üçün hərəkətə keçib.
20 yaşlı sol cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 4 milyon avrodur.
Qeyd edək ki, Vesliy ötən mövsüm çıxış etdiyi 22 matçda 1 qol 3 asiat müəllifi olub.