"Beşiktaş" xorvatiyalı futbolçu transfer edir

Moskva ÇSKA-sının yarımmüdafiəçisi Nikola Vlaşiç karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Everton"a məxsus futbolçu, "Beşiktaş"ın hədəfindədir.

"Everton" müqavilə müddəti 2022-ci ildə bitəcək xorvatiyalı ilə, 13,5 milyon avro müqabilində vidalaşmağa hazırdır. 

Qeyd edək ki, Vlaşiç, bu mövsüm keçirdiyi 31 oyunda 8 qol vurub.