"Beşiktaş" zəif rəqibinə məğlub olsa da, mərhələ adladı

Türkiyə kubokunda 5-ci mərhələnin cavab oyunları keçirilir.

Sportline.az xəbər verir ki, ilk oyunda III Liqa təmsilçisi “Ərzincanspor”a 3 cavabsız qolla qalib gələn “Beşiktaş” səfərdə 0:2 hesabı ilə uduzub. Ümumi hesabda üstün olan İstanbul klubu növbəti mərhələyə yüksəlib.