"Beşiktaş"dan Belçika klubuna

"Beşiktaş" futbolçusu Kayl Larini icarəyə verib.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanadalı hücumçu növbəti mövsüm "Zulte Vareqem"də icarə əsasında çıxış edəcək. Belçika təmsilçisi yeni mövsümün sonu 2.5 milyon avro ödəyərək 24 yaşlı oyunçunu birdəfəlik ala biləcək.

Qeyd edək ki, K. Larin ötən mövsüm İstanbul klubunda 22 matçda 4 qol vurub, 2 qolun ötürməsini verib.