"Beşiktaş"ın futbolçusu ağır zədələndi

“Beşiktaş” Türliyə Super Liqasının 7-ci turunda "Alanyaspor"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Dorukan Toköz sıradan çıxıb. 23 yaşlı futbolçunun diz bağlarının qopduğu məlum olub.

Klubun rəsmi saytı futbolçunun əməliyyat ediləcəyini açıqlayıb.

Türkiyə mətbuatı Dorukhanın ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.