"Beşiktaş"ın futbolçusu "Feyenoord"a keçdi

"Beşiktaş"ın futbolçusu Oğuzhan Özyakup karyerasını Niderlandda davam etdirəcək.

Sportline.az xəbər verir ki, İstanbul klubu 27 yaşlı yarımmüdafiəçini "Feyenoord"a icarəyə verib. Rotterdam təmsilçisi türk futbolçunu mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. O, yeni klubunda 18 nömrəli formada çıxış edəcək.

Niderlandın Zandam şəhərində doğulan Oğuzhan "AZ Alkmaar"ın yetirməsidir. O, "Beşiktaş"a 2012-ci ildə "Arsenal"dan keçib.