"Beşiktaş"ın futbolçusu İngiltərə Premyer Liqasında

İngiltərənin "Fulhem" kollektivi heyətini gücləndirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu "Beşiktaş"ın futbolçusu Rayan Babellə müqavilə imzalayıb.

Hollandiyalı futbolçu yeni komandasında 12 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, R.Babel peşəkar karyerasında “Liverpul”, “Ayaks”, “Kasımpaşa”, “Hoffenhaym”, “Deportivo” və “Əl-Əyn” kimi klublarda çıxış edib.