"Beşiktaş"ın prezidenti qərarını açıqladı

Türkiyənin "Beşiktaş" klubunun prezidenti  Fikret Orman istefa vermək qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu məlumatı o, özü açıqlayıb.

"Mənim varlığımın "Beşiktaş"a zərər verdiyini görürəm. "Beşiktaş"ın bir qan dəyişikliyinə ehtiyacı var. Sabah İdarə Heyətini toplayacam. "Beşiktaş"da missiyamı başa vururam. Mən heç kimə pislik etmədim. Nə etdimsə, "Beşiktaş" üçün etdim. Halal olsun" deyə Fikret Orman bildirib.