"Beşiktaş"lı "ən yaxşı" seçildi

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilik oyunlarından sonra ən yaxşı futbolçunun adını açıqlayıb. SportLine.az xəbər verir ki, istifadəçilər arasında keçirilən sorğu ilə müəyyən edilən "ən yaxşı futbolçu" adına "Beşiktaş"ın şərəfini qoruyan Rayan Babel sahib çıxıb.

Hollandiyalı yarımmüdafiəçi ümumi səslərin 34 faizini toplayıb.
 
Qeyd edək ki, Babel "Lion" - "Beşiktaş" (1:2) matçında komandasının yeganə qolunu vurub.