"Betis" 40 yaşlı futbolçu ilə müqavilə bağladı

"Betis" qapıçı Klaudio Bravo ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu haqda İspaniya klubunun rəsmi saytında məlumat yayılıb.

Yeni anlaşma növbəti mövsümü əhatə edəcək.

40 yaşlı çilili futbolçu 2020-ci ildən formasını geyindiyi komandada 65 rəsmi oyuna çıxıb. 

Qeyd edək ki, Bravo bundan əvvəl "Mançester Siti" və "Barselona" kimi klubların da qapısını qoruyub.