"Betis" İsko ilə bağlı qərar verdi
İspaniyanın "Betis" klubu İsko ilə yola davam edəcək.
Sportline.az xəbər verir ki, onunla 2027-ci ilədək yeni müqavilə imzalanıb.
Xatırladaq ki, 31 yaşlı yarımmüdafiəçi bu yay azad agent statusunda komandaya qoşulmuşdu.
Bu mövsüm 23 oyunda meydana çıxan İsko 3 qol və 4 asistlə yadda qalıb.
Onun transfer qiyməti Transfermarkt portalında 8 milyon avro kimi göstərilir.