"Biz Ardaya vaxt verməliyik"
Arda Gülərin Madrid "Real"ında heyətdə yer almaması müzakirə olunan mövzulardandır.
Sportline.az xəbər verir ki, bununla bağlı komanda yoldaşı Antonio Rudiger də münasibətini bildirib.
"Arda Gülər çox istedadlı futbolçudur. Biz ona vaxt verməliyik. O, zədədn qayıdıb. Çətin dönəm keçib. Gündən günə daha da yaxşı olacaq", - deyə Rudiger "Madrid Zone"yə türkiyəli futbolçunun gələcəyinə ümid bəslədiyini açıqlayıb.
Qeyd edək ki, "Fənərbağça"dan 20 milyon avro müqabilində "Real"a keçən Arda hələ ki, yeni komndasının heyətində cəmi iki oyuna çıxıb.