Boatenq "Beşiktaş"da

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az "Di Marzio"ya istinadən xəbər verir ki, İstanbul klubu "Fiorentina"nın hücumameyilli yarımmüdafiəçisi Kevin-Prins Boatenqi heyətinə qatıb.

"Qara qartallar" qanalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb. 32 yaşlı futbolçu müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb. Bu, komandanın yeni baş məşqçisi Sərgən Yalçının "Beşiktaş"da ilk transferi olub.

"Fiorentina" Boatenqi 2019-cu ilin yayında "Sassuolo"dan 1 milyon avroya transfer etmişdi. Boatenq ötən mövsümün 2-ci yarısını icarə əsasında "Barselona"da keçirmişdi.