BOK-dan alqış

Beynəlxalq Olimpiya Komitəsi Qoşulmama Hərəkatının bütün 206 Milli Olimpiya Komitəsinin (MOK) idmançılarının Paris 2024 Oyunlarında iştirakını dəstəkləyən bəyannaməsini alqışlayıb.

Sportline.az xəbər verir ki, Qoşulmama Hərəkatı hərbi-siyasi bloklara üzvlükdən imtina prinsipi əsasında 120 dövləti birləşdirir. Bu il Bakıda bu hərəkatın koordinasiya bürosunun nazirlər səviyyəsində iclası keçirilib.

BOK vurğulayıb ki, bəyannamənin tezisləri rusların və belarusların beynəlxalq yarışlarda iştirakı ilə bağlı tövsiyələrə tam uyğundur.

Banner