“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokunun sahibi oldu
"Bolonya" klubu İtaliya Kubokunun qalibi olub.
Sportline.az xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda keçirilən həlledici görüşdə bolonyalılar "Milan"ı minimal hesabla məğlub ediblər - 1:0.
Yeganə qolun müəllifi 53-cü dəqiqədə Dan Ndoye olub.
"Bolonya" tarixində üçüncü dəfə İtaliya Kubokunu qazanıb. Komanda daha əvvəl 1969/1970 və 1973/1974 mövsümlərində bunu bacarmışdı.