“Bolonya”nın futbolçusu Türkiyə klubuna keçə bilər

"Bolonya"nın italiyalı futbolçusu Rikkardo Orsolini karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.

Sportline.az DAZN nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" Orsolini ilə yaxından maraqlanır.

28 yaşlı sağ cinah vingerinin "Bolonya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Orsolini karyerası ərzində "Askoli", "Yuventus" və "Atalanta" kimi klublarda çıxış edib.