“Bormunt” PSJ-dən 60 milyon avro tələb edir

"Bormunt"un ukraynalı stoperi İllia Zabarni karyerasını "Paris Sen-Jermen"də davam etdirə bilər.

Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu PSJ-dən 60 milyon avro tələb edir.

22 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Zabarni ötən mövsüm meydana çıxdığı 39 matçda 1 asistlə yadda qalıb.