"Bormunt"dan yeni transfer

"Bormunt" klubu yeni transferini rəsmləşdirib.

Sportline.az xəbər verir ki, "Renn"in fransalı futbolçusu Adriyen Truffert yeni mövsümdən etibarən "Bormunt"da çıxış edəcək.

23 yaşlı sol cinah müdafiəçisi İngiltərə klubuna 11+3 milyon avro qarşılığında transfer olunub.

Qeyd edək ki, Adriyen Truffert "Bormunt"la 5 illik müqavilə imzalayıb.