"Borussiya"nın futbolçusu "Real"da
"Real" klubu Dortmund "Borussiya"sının 19 yaşlı yarımmüdafiəçisi Cud Bellingemin transferini həll edib.
Sportline.az xəbər verir ki, tanınmış jurnalist Fabrisio Romano futbolçunun tibbi baxışdan uğurla keçdiyini və madridlilərlə 2029-cu ilin yayınadək müqavilə bağladığını açıqlayıb.
Rəsmi təqdimat gələn həftə "Santyaqo Bernabeu"da olacaq.
Almaniya klubu İngiltərə millisinin futbolçusunun transferindən 103 milyon avro qazanacaq.
Qeyd edək ki, Bundesliqada keçirdiyi 3 mövsümdə 132 oyuna çıxan Belingem 24 qol və 25 məhsuldar ötürmə müəllifi olub.