“Botafoqo”nun futbolçusu “Fənərbağça”nın radarındadır
“Fənərbağça” “Botafoqo”nun brazilyalı futbolçusu Kuiabanonu heyətinə qatmaq niyyətindədir.
Sportline.az “GOAL” nəşrinə istinadən xəbər verir ki, “Fənərbağça” bu keçid üçün qarşı tərəfə 7 milyon avro ödəməyə hazırdır.
22 yaşlı sol cinah müdafiəçisinin “Botafoqo” ilə müqaviləsi 2027-ci ilin dekabr ayının 31-nə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kuiabano bu mövsüm çıxış etdiyi 19 matçda 2 qol 3 asistlə yadda qalıb.