Boyan Krkiç "Barselona"ya qayıdıb

"Barselona"nın sabiq hücumçusu Boyan Krkiç kluba qayıdıb.

Sportline.az Kataloniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, o, futbol koordinatoru vəzifəsini icra edəcək.

Onun əsas işi klubun akademiyasındakı gənclərə nəzarət olacaq.

Qeyd edək ki, serbiyalı forvard 2007-2011 illərdə "Barselona" forması ilə çıxdığı 104 oyunda rəqib qapılarına 26 qol vurub.